Çempionlar Liqası

“Liverpul” - PSJ matçı Çakıra tapşırıldı

Türkiyənin FİFA dərəcəli hakimlərindən olan Cüneyt Çakır növbəti həftə keçiriləcək Çempionlar Liqasının oyununa təyinat alıb.

Dsport.az xəbər verir ki, Çakır İngiltərənin “Liverpul” və Fransanın PSJ komandaları arasında keçiriləcək oyunda söz sahibi olacaq. Onun köməkçiləri Bahaddin Duran və Tarık Onqun olacaq. Oyunun dördüncü hakimi funksiyasını isə Mustafa Əmrə Eyisoy yerinə yetirəcək.

Oyun sentyabrın 18-də, İngiltərədə keçiriləcək.