Çempionlar Liqası

“Emeqaranın qırmızı vərəqə alması gedişata təsir etdi”

Belarusun BATE klubunun futbolçusu Aleksandr Filipoviç UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu (1:1, ilk oyun 0:1) şərh edib.

Dsport.az xəbər verir ki, serbiyalı müdafiəçi bunları söyləyib:

“Çox yorğunam və hazırda inanılmaz sevinc hissləri yaşayıram. Çempionlar Liqası üçün BATE-yə gəlmişəm və çox xoşbəxtəm ki, biz pley-offa yüksəldik. Azarkeşlərə də təşəkkür edirəm.

“Qarabağ”ın bura qələbə üçün gəldiyini bilirdik. Onlar aqressiv şəkildə pressinq edirdilər. "Qarabağ" ixtisaslaşmış komandadı və topa nəzarət edə bilir. 

Oyunun ikinci hissəsinin əvvəlində qol buraxdıq. Rəqib getdikcə təzyiqi artırırdı. Xoşbəxtlikdən "Qarabağ"ın hücumçusu (İnnosent Emeqara) qırmızı vərəqə aldı. Bu da hadisələrin gedişatına təsir etdi. Buna baxmayaraq, "Qarabağ" sona qədər mübarizə apardı. Ancaq biz sərfəli nəticəni qoruduq".