Çempionlar Liqası

BATE-nin futbolçusu: “Yaxşı komandanı mübarizədən kənarlaşdırdıq”

Belarusun BATE klubunun futbolçusu Yevgeni Yablonski UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu (1:1, ilk oyun 0:1) şərh edib.

Dsport.az xəbər verir ki, 23 yaşlı futbolçu bunları söyləyib:

“Nəticədən tam məmnunuq. Məqsədimiz pley-offa yüksəlmək idi və işimizi tamamladıq. Yolumuza davam etməliyik. Yaxşı komandanı mübarizədən kənarlaşdırdıq. Pley-off mərhələsində PSV ilə qarşılaşacağıq. Hər iki oyun çətin olacaq. Ancaq öncə də daha səviyyəli komandalarla görüşmüşük. Belə oyunların təcrübəsini qazanmışıq. Əsas öz oyunumuzu göstərməkdi”.