Çempionlar Liqası

“Qarabağ”ın futbolçuları çox kobud və olduqca sərt idilər”

Belarusun BATE klubunun futbolçusu Yeqor Filipenko UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu (1:1, ilk oyun 0:1) şərh edib.

Dsport.az xəbər verir ki, 30 yaşlı müdafiəçi bunları söyləyib:

“Əlbəttə, çətin idi. Amma bu mərhələnin oyunları asan olmur. Əsas odu ki, pley-offa yüksəldik. Çox sevinirik. Rəqib çox həyəcanlı idi. Bəzən də çox kobud və olduqca sərt idilər. Əsəbi halda oynayırdılar. Buna görə də qırmızı vərəqə alaraq azlıqda qaldılar. Hücumçularının meydandan qovulmasının son dəqiqələrdə işimizə xeyri oldu. Bir az rahat olduq. Qırmızı vərəqə verilməsi üçün etiraz etdik və hakim də ədalətli qərar verdi. Pley-off şanslarımıza gəlincə, PSV ilə oyunlarda sərbəst olmalıyıq. Bizim üçün rahat olmayacaq”.