Çempionlar Liqası

Aleksandr Qleb: “Qarabağ” layiqli rəqib idi”

Belarusun BATE klubunun futbolçusu Aleksandr Qleb UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu (1:1, ilk oyun 1:0) şərh edib.

Dsport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi bunları söyləyib:

“Etiraf etmək lazımdı ki, bir az şanslı idik. Rəqib təzyiqli oynadı, hətta azlıqda da qaldı. Bizi əks-hücuma buraxmamağa çalışırdılar. Vəzifəmiz müdafiədən etibarlı oynamaq idi. Tələsmədən hücuma keçməyi planlaşdırırdıq. Çünki irəli xəttdə sürətli oyunçularımız var. “Qarabağ" layiqli rəqib idi. Yaxşı ki, bu komandanı keçə bildik. İndi istirahət edəcəyik. PSV ilə oyundan öncə çempionat matçı var. Daha sonra Hollandiya barədə düşünə bilərik”.