Çempionlar Liqası

BATE və “Qarabağ” forma seçimini etdi

Belarus çempionu BATE Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la cavab oyununa sarı rəngli forma ilə çıxacaq.

Dsport.az xəbər verir ki, bu barədə Borisov klubunun rəsmi saytı məlumat yayıb. Belarus təmsilçisinin qapıçısı isə qırmızı rəngdə forma geyinəcək.

"Qarabağ"a gəlincə, komandamız qara rəngli forma ilə oynayacaq. Ağdam klubunun qapıçısı isə ağ rəngli forma ilə meydana çıxacaq.

Xatırladaq ki, BATE - "Qarabağ" görüşü bu gün saat 21:00-da başlayacaq. Tərəflər arasındakı ilk oyunda Belarus klubu 1:0 hesabıyla üstün olub.