Çempionlar Liqası

“Fənərbaxça” da ÇL-dən kənarda qaldı

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

Dsport.az xəbər verir ki, baş tutan 10 cavab qarşılaşmasından sonra ÇL-in pley-off mərhələsinə vəsiqə qazanan bütün kollektivlərin adına aydınlıq gəlib.

Azərbaycan çempionu “Qarabağ” da növbəti mərhələyə vəsiqə uğrunda ilk oyunda minimal hesabla uduzduğu Belarus BATE-si ilə mübarizə aparıb. Lakin Ağdam klubu ÇL-də mübarizəni dayandırmalı olub. 

Türkiyənin “Fənərbaxça” klubu da “Benfika” ilə mübarizədən qalib ayrıla bilməyib və ÇL-lə vidalaşıb.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunları

14 avqust

Dinamo (Kiyev, Ukrayna) - Slaviya (Praqa, Çexiya) 2:0 (ilk oyun 1:1)

BATE (Belarus) - Qarabağ (Azərbaycan) 1:1 (1:0)

Spartak (Moskva, Rusiya) - PAOK (Yunanıstan) 0:0 (2:3)

AEK (Yunanıstan) - Seltik (Şotlandiya) 2:1 (1:1)

Dinamo (Zaqreb, Xorvatiya) - Astana (Qazaxıstan) 1:0 (2:0)

Fənərbaxça (Türkiyə) - Benfika (Portuqaliya) 1:1 (0:1)

Videoton (Macarıstan) - Malmö (İsveç) 0:0 (1:1)

Şkendiya (Makedoniya) - Zalsburq (Avstriya) 0:1 (0:3)

Ayaks (Hollandiya) - Standard (Belçika) 3:0 (2:2)

Spartak (Trnava, Slovakiya) - Srvena Zvezda (Serbiya) 1:2 (1:1)