Çempionlar Liqası

“Növbəti mərhələyə biz adlayacağıq” - Halldorsson

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda evdə BATE-yə (Belarus) 0:1 hesabı ilə məğlub olan "Qarabağ"ın qapıçısı Hannes Halldorsson oyundan sonra jurnalistlərə açıqlama verib.

Dsport.az xəbər verir ki, 34 yaşlı islandiyalı qolkiper bunları deyib:

- Çətin oyun oldu. Rəqib sürətli əks hücumlara çıxırdı. Təəssüf ki, ilk qolu onlar vurdu və biz fərqlənə bilmədik. Bu da bizim işimizi çətinləşdirdi. Amma hələ heç nə bitməyib. Növbəti oyuna hazırlaşacağıq və qalib gəlmək üçün əlimizdən gələni edəcəyik"

- Səfər oyunu çətin olacaq. Şansları necə dəyərləndirirsiz?
- Əlbəttə, bizi çətin oyun gözləyir. Rəqibin üstünlüyü var. Ancaq məğlub olmaq istəmirik. Hücum edəcəyik və istədiyimiz nəticəyə nail olmağa çalışacağıq. Mərhələ adlamaq şanslarımız qalır.

- "Qarabağ"da ilk oyununuz idi. Təəssüratlarınız necədir?
- Məğlub olmağımıza baxmayaraq, azarkeşlər dəstək olurdu. Burda ilk oyunum idi və qarşılaşmadan həzz aldım. Ab-hava möhtəşəm idi.

- Necə düşünürsüz, sizcə, BATE “Qarabağ”dan güclü komandadır?
- Məncə, biz daha yaxşı komandayıq. Məğlubiyyətə baxmayaraq, şanslar bərabərdir. Səfərdə vuracağımız bir qol hər şeyi dəyişə bilər. Düşünürəm ki, bütün suallara cavab matçında aydınlıq gələcək və növbəti mərhələyə biz adlayacağıq.