Çempionlar Liqası

ÇL-də birinci təsnifat mərhələsinə yekun vuruldu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə 6 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ” da Sloveniyanın “Olimpiya” klubu ilə cavab görüşünə çıxıb və mərhələ adlayan tərəf olub. Ağdam təmsilçisi ilə yanaşı, "Şerif", "Spartak" (Trnava), "Rusenborq", "Astana" və "Seltik" klubları da növbəti mərhələyə vəsiqə qazanan kollektivlərə qoşulublar.

Bu gün keçirilən oyunlarla ÇL-in 2-ci təsnifat mərhələsinə vəsiqə qazanan bütün kollektivlərin adına aydınlıq gəlib.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunları

17 iyul

HJK (Finlandiya) - Vikinqur (Farer adaları) 3:1 (ilk oyun 2:1)

Valletta (Malta) - Kukesi (Albaniya) 1:1 (0:0)

APOEL (Kipr) - Suduva (Litva) 1:0 (1:3)

Hapoel (Beer-Şeva, İsrail) - Flora (Estoniya) 3:1 (4:1)

Malmö (İsveç) - Drita (Kosovo) 2:0 (3:0)

TNS (Uels) - Şkendiya (Makedoniya) 4:0 (0:5)

Videoton (Macarıstan) - Düdelanj (Lüksemburq) 2:1 (1:1)

Srvena Zvezda (Serbiya) - Spartak (Latviya) 2:0 (0:0)

Kruzeyders (Şimali İrlandiya) - Ludoqorets (Bolqarıstan) 0:2 (0:7)

Legiya (Polşa) - Kork Siti (İrlandiya) 3:0 (1:0)

18 iyul

Şerif (Moldova) - Torpedo (Kutaisi, Gürcüstan) 3:0 (1:2)

Qarabağ (Azərbaycan) - Olimpiya (Sloveniya) 0:0 (1:0)

Zrinski (Bosniya və Herseqovina) - Spartak (Trnava, Slovakiya) 1:1 (0:1)

Rusenborq (Norveç) - Valyur (İslandiya) 3:1 (0:1)

Sutyeska (Çernoqoriya) - Astana (Qazaxıstan) 0:2 (0:1)

Seltik (Şotlandiya) - Alaşkert (Ermənistan) 3:0 (3:0)