Çempionlar Liqası

“Qarabağ”ın potensial rəqiblərindən heç-heçə

Futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları başa çatıb.

Dsport.az xəbər verir ki, Sloveniya “Olimpiya”sı ilə qarşılaşan və 1:0 hesabıyla qalib gələn “Qarabağ”la yanaşı, təmsilçimizin potensial rəqibləri də meydana çıxıb. Belə ki, “köhlən atlar”ın ÇL-in 2-ci təsnifat mərhələsində qarşılaşa biləcəyi “Kukesi” və “Valetta” bir-biri ilə üz-üzə gəlib. Qarşılaşmada hesab açılmayıb. 

Qeydə alınan bütün nəticələri təqdim edirik:

Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyunlar

10 iyul

Flora (Estoniya) - Hapoel (Beer-Şeva, İsrail) 1:4

Torpedo (Kutaisi, Gürcüstan) - Şerif (Moldova) 2:1

Alaşkert (Ermənistan) - Seltik (Şotlandiya) 0:3

Düdelanj (Lüksemburq) - Videoton (Macarıstan) 1:1

Vikinqur (Farer adaları) - HJK (Finlandiya) 1:2

Şkendiya (Makedoniya) - TNS (Uels) 5:0

Kork Siti (İrlandiya) - Legiya (Polşa) 0:1

Drita (Kosovo) - Malmö (İsveç) 0:3

11 iyul

Astana (Qazaxıstan) - Sutyeska (Çernoqoriya) 1:0

Spartak (Latviya) - Srvena Zvezda (Serbiya) 0:0

Suduva (Litva) - APOEL (Kipr)

Spartak (Trnava, Slovakiya) - Zrinski (Bosniya və Herseqovina) 1:0

Ludoqorets (Bolqarıstan) - Kruzeyders (Şimali İrlandiya) 7:0

Kukesi (Albaniya) - Valletta (Malta) 0:0

Olimpiya (Sloveniya) - Qarabağ (Azərbaycan) 0:1

Valyur (İslandiya) - Rusenborq (Norveç) 1:0