Çempionlar Liqası

“Olimpiya”nın kapitanı: “Qarabağ” tam hazır deyil”

Sloveniyanın “Olimpiya” klubunun kapitanı Branko İliç UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə açıqlama verib.

Dsport.az xəbər verir ki, təcrübəli futbolçu bunları söyləyib: 

“Qarabağ” güclü komandadı. Buna baxmayaraq, özümüzə güvənirik. Yaxşı hazırlıq keçmişik və mərhələ adlayacağımıza inam var. “Qarabağ”ın bizim oyun stilimizə oyun çıxış etməsinə vadar edəcəyik. Rəqibi çox təhlil etmişik. Rəqibin güclü olması yaxşı haldı. Bacardığımızı ortaya qoyacağıq. Təbii ki, mərhələ adlayacağımıza söz verə bilmərəm".

35 yaşlı futbolçu "Qarabağ"ın yoxlama görüşlərinə baxdığını və Ağdam klubunun hazır vəziyyətdə olmadığını deyib: "Qarabağ"ın "Dinamo" (Kiyev) və "Ludoqorets"lə matçlarını izləmişik. Heyətlərində kifayət qədər dəyişiklik var. Onlar hələ yeni mövsümə tam hazır deyillər".

Qeyd edək ki, sabah Sloveniyada keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.