Çempionlar Liqası

İliya Stolitsa: “Qarabağ”ı yaxşı təhlil etmişik”

Sloveniya çempionu “Olimpiya”nın baş məşqçisi İliya Stolitsa UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.

Dsport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis bunları söyləyib:

“Qarabağ”ı kifayət qədər təhlil etmişik. Rəqibin heyətində ciddi dəyişikliklər var. “Qarabağ” yaxşı komandadı, keyfiyyətli futbolçuları var. Ötən il bu komanda Çempionlar Liqasının qrupunda çıxış edib və bu, təsadüf ola bilməz. Çətin sınaq qarşısındayıq. Güclü rəqiblə düşmüşük və özümüzü göstərməliyik".

Qeyd edək ki, sabah Sloveniyada keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.