Çempionlar Liqası

ÇL-də ilkin mərhələnin qalibi bəlli oldu

Futbol üzrə UEFA Çempionlar Liqasında ilkin mərhələyə yekun vurulub.

Dsport.az xəbər verir ki, bu mərhələ cəmi 3 oyundan ibarət idi. Öncə bir oyundan ibarət ilkin mərhələnin yarımfinal qarşılaşmaları keçirilmişdi. “Drita” (Kosovo) “Santa Koloma”ya (Andorra), “Linkoln” (Cəbəllütariq) isə “La Fiorita”ya (San Marino) eyni hesabla (2:0) qalib gəlməklə finala yüksəlmişdi. Ötən gecə “Drita” səfərdə “Linkoln”a qarşı baş tutan final matçında da 4:1 hesabıyla qalib gəlib. Nəticədə, Kosovo çempionu bu mərhələnin qalibi adını qazanıb.

ÇL-in 1-ci təsnifat mərhələsinə yeganə vəsiqəyə sahib çıxan “Drita” burada İsveçin “Malmö” klubuna rəqib olub. “Linkoln” isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Bu komanda Avroliqanın 2-ci təsnifat mərhələsində “Şkendiya” (Makedoniya) – TNS (Uels) cütünün məğlubu ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
İlkin mərhələ
Final
29 iyun

Linkoln (Cəbəllütariq) – Drita (Kosovo) 1:4