Çempionlar Liqası

“Qarabağ”ın “Olimpiya” ilə hər iki oyununun vaxtı və yeri açıqlandı

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Sloveniyanın “Olimpiya” klubuna qarşı keçirəcəyi hər iki oyunun vaxtı və stadionları açıqlanıb.

Dsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilk görüş iyulun 11-də Lyublyanadakı “Stoyitse” stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Cavab qarşılaşması isə iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Matç saat 21:00-da start götürəcək.