Çempionlar Liqası

UEFA “Qarabağ”ın ÇL-də ilk oyununun vaxtını dəyişdirdi

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”la “Olimpiya” (Sloveniya) arasında keçiriləcək oyunların vaxtı dəyişdirilib. 

Dsport.az xəbər verir ki, UEFA Sloveniya klublarının Avroliqa oyunlarının üst-üstə düşmə ehtimalını nəzərə alaraq, ÇL-in bəzi oyunlarının tarixində dəyişiklik edib 

“Qarabağ"ın baş meneceri Asif Əsgərovun verdiyi məlumata görə, Lüblyanada keçiriləcək ilk görüş əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 11-də yox, 10-da olacaq. Bakıda keçiriləcək cavab matçının da əvvəlcə nəzərdə tutulduğundan bir gün tez - iyulun 17-də olacağı gözlənilir. (qol.az)