Çempionlar Liqası

“Qarabağ”ın bəxtinə “Olimpiya” düşdü

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. 

Dsport.az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı yenə son ölkə çempionu “Qarabağ” təmsil edəcək. Ağdam klubu mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. 

Püşkatma zamanı daha yüksək reytinqlilərin olduğu səpələnmişlər səbətində yer alan “Qarabağ”ın 5 potensial rəqibi var idi. Bunlar “Şkendiya” (Makedoniya), “Düdelanj” (Lüksemburq), “Olimpiya” (Sloveniya), “Suduva” (Litva) və “Torpedo” (Kutaisi, Gürcüstan) klubları idi. 

Püşk Ağdam klubunun bəxtinə “Olimpiya”nı çıxarıb. “Qarabağ” bu rəqibinə qarşı ilk oyununu iyulun 10-11-də səfərdə, cavab matçını isə 17-18-də Bakıda keçirəcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi

Torpedo (Kutaisi, Gürcüstan) - Şerif (Moldova)
Şkendiya (Makedoniya) - TNS (Uels)
Suduva (Litva) - APOEL (Kipr)
Olimpiya (Sloveniya) - Qarabağ (Azərbaycan)
Düdelanj (Lüksemburq) - Videoton (Macarıstan)
İlkin mərhələnin qalibi - Malmö (İsveç)
HJK (Finlandiya) - Vikinqur (Farer adaları)
Ludoqorets (Bolqarıstan) - Kruzeyders (Şimali İrlandiya)
Kork Siti (İrlandiya) - Legiya (Polşa)
Valur (Reykyavik, İslandiya) - Rusenborq (Norveç)
Kukesi (Albaniya) - Valletta (Malta)
Flora (Tallinn, Estoniya) - Hapoel (Beer-Şeva, İsrail)
Spartak (Yurmala, Latviya) - Srvena Zvezda (Serbiya)
Alaşkert (Ermənistan) - Seltik (Şotlandiya)
Spartak (Trnava, Slovakiya) - Zrinski (Bosniya və Hersoqovina)
Astana (Qazaxıstan) - Sutyeska (Çernoqoriya)

Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.