Çempionlar Liqası

“Qarabağ”ın 5 potensial rəqibi açıqlandı - ÇL-də

Sabah futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Dsport.az xəbər verir ki, UEFA püşkatmadan bir gün öncə iştirakçı klubları qruplara bölüb.

Səpələnmişlər səbətində yer alan Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqiblərinin siyahısı bəlli olub. 1-ci qrupda yer alan Ağdam klubunun mümkün rəqibləri sırasında “Şkendiya” (Makedoniya), “Düdelanj” (Lüksemburq), “Olimpiya” (Sloveniya), “Suduva” (Litva) və “Torpedo” (Kutaisi, Gürcüstan) var. Bu isə o deməkdi ki, Qurban Qurbanovun çalışdırdığı təmsilçimiz məhz bu 5 klubdan biri olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi

1-ci qrup

Səpələnmişlər:
APOEL (Kipr)
Qarabağ (Azərbaycan)
Şerif (Moldova)
TNS (Uels)
Videoton (Macarıstan)

Səpələnməmişlər:
Şkendiya (Makedoniya)
Düdelanj (Lüksemburq)
Olimpiya (Sloveniya)
Suduva (Litva)
Torpedo (Kutaisi, Gürcüstan)

2-ci qrup

Səpələnmişlər:
Ludoqorets (Bolqarıstan)
Legiya (Polşa)
Malmö (İsveç)
Rusenborq (Norveç)
HJK (Finlandiya)

Səpələnməmişlər:
Vikinqur (Farer adaları)
Kruzeyders (Şimali İrlandiya)
İlkin mərhələnin qalibi
Kork Siti (İrlandiya)
Valur (Reykyavik, İslandiya)

3-cü qrup

Səpələnmişlər:
Seltik (Şotlandiya)
Astana (Qazaxıstan)
Srvena Zvezda (Serbiya)
Hapoel (Beer-Şeva, İsrail)
Kukesi (Albaniya)
Zrinski (Bosniya və Hersoqovina)

Səpələnməmişlər:
Spartak (Trnava, Slovakiya)
Valletta (Malta)
Alaşkert (Ermənistan)
Sutyeska (Çernoqoriya)
Spartak (Yurmala, Latviya)
Flora (Tallinn, Estoniya)