Çempionlar Liqası

UEFA ÇL-də də brend dəyişikliyinə əl atdı - FOTO

UEFA Avropa Liqasının ardından, Çempionlar Liqasında da bəzi brend dəyişiklərinə əl atıb.

Dsport.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb. Yeni konsepsiyada əsas elementlər - himn, stadion və mükafat saxlanılıb. Sadəcə, loqoda əsas dəyərlər saxlanılmaq şərti ilə yeni çalarlar əksini tapıb.

Qeyd edək ki, UEFA hər dəfə üçillik kommersiya tsikli ərəfəsində brendin yenilənməsini həyata keçirir. Yeni dəyişiklər də 2018-2021-ci illər ərzində qüvvədə olacaq.