Çempionlar Liqası

“Qarabağ”ın ÇL-in yeni mövsümündə mümkün qazancı açıqlandı

UEFA 2018/2019 mövsümü üçün Çempionlar Liqasında (ÇL) gəlirlərin bölüşdürülməsi sxemini açıqlayıb.

Dsport.az xəbər verir ki, UEFA-nın növbəti mövsüm ÇL ilə yanaşı, Avropa Liqası və Superkubokdan əldə edəcəyi gəlirin 3,25 milyard avro olacağı proqnozlaşdırılır.

Bu məbləğin 295 milyon avrosu yarışların keçirilməsi üşün təşkilatı xərclərə sərf olunacağı halda, 227,5 milyon avrosu həmrəylik ödənişlərinə ayrılacaq. Qalan 2,73 milyard avronun 6,5 faizi UEFA-nın ehtiyat fondunda qalacağı təqdirdə, 93,5 faizi qitə miqyaslı yarışlarda iştirak edəcək klublar arasında bölüşdürləcək. Bu isə 2,55 milyard avro deməkdir.

Bu məbləğin 2,04 milyard avrosu ÇL və UEFA Super Kubokunda iştirak edəcək klublara çatacaq. Avropa Liqasına isə 510 milyon avro ayrılacaq. Həmçinin, ÇL iştirakçılarının ümumi payından aşağıdakı ödəmələr həyata keçiriləcək:

- Avropa Liqasının ümumi payı üçün 50 milyon avro

- ÇL və Avropa Liqasının təsnifat mərhələlərində mübarizəni dayandıranlar üçün 10 milyon avro

Pley-off mərhələsi

Pley-off mərhələsinin iştirakçıları arasında 30 milyon avro bölüşdürüləcək. Mübarizəni dayandıran hər bir klub 5 milyon avro alacaq. Qalib üçün xüsusi mükafat nəzərdə tutulmayıb. Əvəzində onlar ÇL-in qrupuna vəsiqə qazandıqları üçün qazanc əldə edəcəklər.

Qrup mərhələsindən finala qədər ÇL iştirakçıları üçün ödənişlər (Proqnozlaşdırılan məbləğ – 1,95 mld. avro)

Klublar üçün ümumi ödənişlər 4 kateqoriyaya bölünür:

- 25 faiz ilkin öndəniş (488 mln.) və ya qrup mərhələsinin 32 iştirakçısının hər biri üçün 15,25 mln.

Pley-off mərhələsi

- 1/8 final: 9,5 mln.

- 1/4 final: 10,5 mln.

- 1/2 final: 12 mln.

- Final: 15 mln.

- Qalib: 4 mln.

2018-ci ildə UEFA Superkubokunda iştirak edəcək klubar hərəyə 3,5 milyon avro, qalib isə 1 milyon avro qazanacaq.

- 30 faiz nəticəyə görə təsbit edilmiş ödəniş (585 mln. avro)

Qrup mərhələsində hər qələbə üçün 2,7 milyon avro nəzərdə tutulub. Heç-heçə edən komandalara 0,9 mln. avro ödəniləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək

- 30 faiz komandaların son 10 ildəki çıxışlarınının nəzərə alındığı reytinqə görə ödənişlər (585 mln. avro)

Reytinqə görə ödənişlər "əmsal payı” şəklində olacaq. Hər pay 1,108 milyon təşkil edəcək. Ən aşağı reytinqə malik klub bir pay, növbəti mövqe 2 pay və s. Yüksək reytinqli klublar 32 pay alacaqlar (35,46 mln. avro)

- 15 faizi marketinq payına uyğun ödənişlər (292 mln.)

Burada klubların teleyayım bazarındakı çəkiləri nəzərə alınacaq. Marketinq payı 5 amildən asılıdır:

1. Marketinq payının faktiki məbləği

2. İştirakçı klubların heyəti

3. ÇL-də hər bir milli assosiasiyanı təmsil edən klubların sayı

4. Klubun ölkə çempionatında tutduğu yer

5. Klubların ÇL-in 2018/2019 mövsümündəki nəticələri

Həmrəylik ödənişləri

Burada söhbət UEFA-nın klub turnirlərinin təsnifat mərhələsinin iştirakçılarından gedir. Yeni sistemə əsasən, məbləğ 107,5 milyon avro təşkil edir.

ÇL: Çempionlar Yolu və Liqa Yolu

ÇL-in və Avropa Liqasının qrupuna vəsiqə qazanmayan hər bir ölkə çempionu iştirakçısı olacağı seçmə mərhələyə görə 260 min avro alacaq

ÇL-də pley-off mərhələsinədək gələ bilməyən klublar aşağdakı formada mükafat alacaqlar:

- İlkin mərhələ: 230 min

- I təsnifat mərhələsi: 280 min

- II təsnifat mərhələsi: 380 min

- III təsnifat mərhələsi: 480 min (Yalnız Çempionlar Yolunun iştirakçılar. Çünki burada Liqa Yolundan olan klublar mübarizəni dayandıracaqlar halda, avtomatik Avropa Liqasının qrupuna düşür və həmin yarışın mükafatını alır)

- Pley-off iştirakçıları üçün həmrəylik ödənişi nəzərdə tutulmayıb.

Avrokuboklara düşə bilməyən klublar iki turnirin ümumi gəlirindən 4 faiz pay alacaqlar. Milli assosiasiyaların klublar arasında bölüşdürmək üçün ümumilikdə 130 mln avro alacaqları proqnozlaşdırılır.

Qeyd edək ki, ÇL-də Azərbaycanı Premyer Liqanın qalibi "Qarabağ” təmsil edəcək. "Qəbələ”, "Neftçi” və "Keşlə” isə Avropa Liqasına vəsiqə əldə edib. 2017/2018 mövsümündə ÇL-in qrup mərhələsində mübarizə aparan Ağdam klubunun ümumi gəliri 32 milyon manat təşkil edib. (Sportnet)