Çempionlar Liqası

“Qarabağ”ın potensial rəqibləri məlum oldu - ÇL-də

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2018/19 mövsümündə bütün potensial rəqibləri məlum olub.

Dsport.az xəbər verir ki, “köhlən atlar” püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq.

Çempionlar Liqası

İlkin mərhələ
Səpələnmişlər

“Santa Koloma” (Andorra)
“Linkoln” (Cəbəllütariq)

Səpələnməmişlər

“La Fiorita” (San-Marino)
“Drita” (Kosovo)

1-ci təsnifat mərhələsi
Səpələnmişlər

“Ludoqorets” (Bolqarıstan)
“Seltik” (Şotlandiya)
APOEL (Kipr)
“Legiya” (Polşa)
“Astana” (Qazaxıstan)
“Qarabağ” (Azərbaycan)
“Şerif” (Moldova)
“Malmö” (İsveç)
“Srvena Zvezda” (Serbiya)
“Hapoel” (Beyr-Şeva, İsrail)
“Rusenborq” (Norveç)
HİK (Finlandiya)
TNS (Uels)
“Kukesi” (Albaniya)
“Zrinski” (Bosniya və Herseqovina)
“Maribor” (Sloveniya)

Səpələnməmişlər

“Düdelanj” (Lüksemburq)
“Spartak” (Slovakiya)
“Valletta” (Malta)
“Vikinqur” (Farer adaları)
“Kruzaders” (Şimali İrlandiya)
“Alaşkert” (Ermənistan)
“Sutyeska” (Monteneqro)
“Suduva” (Litva)
“Kork Siti” (İrlandiya)
“Spartak” (Latviya)
“Valyur” (İslandiya)
“Flora” (Estoniya)
“Torpedo” (Kutaisi, Gürcüstan)
“Şkendiya” (Makedoniya)
“Torpedo” (Gürcüstan)
İlkin mərhələnin qalibi

UEFA Azərbaycan və Ermənistan komandalarının bir-birlərinə rəqib olmalarına icazə vermədiyindən, “Qarabağ”a “Alaşkert” istisna olmaqla, səpələnməmişlər səbətindəki istənilən komanda rəqib ola bilər.

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq. Oyunlar iyulun 10-11 və 17-18-də keçiriləcək.