Çempionlar Liqası

ÇL-də mövsümün ən yaxşı qolu müəyyənləşdi - VİDEO

UEFA Çempionlar Liqasında 2017/18 mövsümünün ən yaxşı qolu müəyyənləşib.

Dsport.az xəbər verir ki, Madrid “Real”ının ulduz futbolçusu Kristiano Ronaldonun 1/4 final mərhələsi çərçivəsində “Yuventus”la ilk oyunda “qayçı zərbəsi” ilə rəqib qapısından keçirdiyi top sözügedən turnirdə mövsümün ən yaxşı qolu seçilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Aprelin 3-də Turində keçirilmiş həmin oyunda “Real” “Yuventus”a 3:0 hesabıyla qalib gəlmiş, Ronaldo isə dubla imza atmışdı. Digər qolu Marselo meydan sahiblərinin qapısından keçirmişdi.