Çempionlar Liqası

Mövsümün komandası açıqlandı - ÇL-də

Futbol üzrə UEFA Çempionlar Liqasında mövsümün rəmzi komandası açıqlanıb.

Dsport.az xəbər verir ki, UEFA-nın açıqladığı heyətdə 18 futbolçunun adı yer alıb.

Rəmzi komandada ən çox futbolçu (8) ilə təmsil olunan ÇL-in qalibi “Real”dı.

Finalda Madrid klubuna uduzan “Liverpul”un isə 3 oyunçusu bu heyətə salınıb.

Qapıçılar: Alisson (“Roma”), Keylor Navas (“Real”);

Müdafiəçilər: Rafael Varan, Marselo, Serxio Ramos (hamısı “Real”), Vircil van Deyk (“Liverpul”), Yozua Kimmix (“Bavariya”), Corcio Kyellini (“Yuventus”);

Yarımmüdafiəçilər: Kazemiro, Toni Kroos, Luka Modriç (hamısı “Real”), Kevin de Breyne (“Mançester Siti”), Xames Rodriqes (“Bavariya”);

Hücumçular: Məhəmməd Salah, Roberto Firmino (hər ikisi “Liverpul”), Edin Dzeko (“Roma”), Lionel Messi (“Barselona”), Kristiano Ronaldo (“Real”).