Çempionlar Liqası

Ronaldo ÇL-in tarixinə düşdü

İspaniyanın “Real” klubunun hücumçusu Kristiano Ronaldo UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Dsport.az xəbər verir ki, portuqaliyalı futbolçu ötən gecə finalda üz-üzə gəldikləri İngiltərənin “Liverpul” klubu üzərində qələbə (3:1) sayəsində beşinci dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olub.

Ronaldo bu tituallardan dördünü “Real”la qazanıb. Daha bir dəfə isə o, “Mançester Yunayted”in heyətində olarkən ÇL-in ən güclüsü olub.

Kristiano ötən günə qədər Klarens Zeedorf və Andres İnyesta ilə bu göstəricidə şərik idi. Lakin onlar 4 dəfə ÇL-in qalibi olublarsa, Ronaldo artıq mütləq rekordçu sayılır.