Çempionlar Liqası

ÇL-in finalında daha bir şok

İspaniyanın “Real” və İngiltərənin “Liverpul” klubları arasında keçirilən UEFA Çempionlar Liqasının final oyununda daha bir futbolçu sıradan çıxıb.

Dsport.az xəbər verir ki, bu dəfə Madrid klubunun müdafiəçisi Daniel Karvaxal zədələnib. Ayaq əzələsi dartılan futbolçu meydanı göz yaşları içində tərk edib. Onun əvəzində 37-ci dəqiqədə Naço meydana çıxıb.

Matçın 31-ci dəqiqəsində “Liverpul”un aparıcı hücumçusu Məhəmməd Salah da çiynindən zədə aldığına görə oyunu yarımçıq tərk etməli olub.

Hər iki futbolçunun zədəsi ciddi olarsa, gələn ay Rusiyada keçiriləcək dünya çempionatında iştirakları mümkün olmayacaq.