Çempionlar Liqası

“Liverpul”da Salah şoku - FOTOLAR

UEFA Çempionlar Liqasının finalında “Real”la qarşılaşan “Liverpul” ciddi itki ilə üzləşib.

Dsport.az xəbər verir ki, İngiltərə təmsilçisi əsas hücumçusu Məhəmməd Salah sıradan çıxıb. Madrid klubunun kapitanı Serxio Ramosla mübarizə zamanı çiynindən xəsarət alan misirli futbolçu oyunu davam etdirə bilməyib və 31-ci dəqiqədə Adam Lallana ilə əvəzlənib. O, meydanı göz yaşları içində tərk edib.

Salah oyundan çıxarkən Ramos ulduz futbolçudan üzr istəyib.

Misirli futbolçunun qarşıdakı dünya çempionatında iştirak edib-etməyəcəyi isə hələlik sual altındadı.