Çempionlar Liqası

ÇL-in finalından öncə bomba həyəcanı

İspaniyanın “Real” və İngiltərənin “Liverpul” klubları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final matçından öncə oyunun keçiriləcəyi Kiyev şəhərində bomba həyəcanı yaşanıb.

Dsport.az xəbər verir ki, günorta saatlarında (yerli vaxtla 13:20-də) bir nəfər telefonla polisə zəng edərək Ukrayna paytaxtındakı beş metro stansiyasında bomba yerləşdirildiyini bildirib.

Polis dərhal yoxlamalara başlayıb. Bu üzdən həmin stansiyalar boşaldılıb və gediş-gəliş dayandırılıb. Axtarışların yekunu barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, final matçı bu gün Kiyevdəki Olimpiya stadionunda keçiriləcək və saat 22:45-də start götürəcək.