Çempionlar Liqası

Çempionlar Liqasında final matçının hakimləri açıqlandı

UEFA Çempionlar Liqasının final oyununun hakimləri açıqlanıb.

Dsport.az xəbər verir ki, İspaniyanın “Real” və İngiltərənin “Liverpul” klubları arasında keçiriləcək həlledici oyun serbiyalı referi Milorad Majiçə həvalə edilib. Bu barədə UEFA məlumat yayıb.

Ona həmyerliləri Milovan Ristiç və Dalibor Curceviç kömək edəcəklər. Nenad Cokiç və Danilo Qruyiç əlavə köməkçi hakim təyin ediliblər. Fransalı Kleman Türpen isə ehtiyat hakim olacaq.

Həlledici matç mayın 26-da Kiyevdə baş tutacaq.