Çempionlar Liqası

ÇL-də həftənin ən yaxşı oyunçusu adına 2 namizəd

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Dsport.az xəbər verir ki, ən yaxşı adını qazanmağa iki namizəd var. Bunlardan biri İngiltərənin “Liverpul” klubunun hücumçusu Sadio Mane, digəri isə İspaniya çempionu “Real”ın qapıçısı Keylor Navasdı.

Qeyd edək ki, ÇL-in yarımfinal mərhələsi çərçivəsində Almaniyanın “Bavariya” klubu ilə qarşılaşan “Real” 2:2 hesablı heç-heçəyə razılaşdı və ilk oyundakı qələbə (2:1) sayəsində finala yüksəldi. Navas isə cavab görüşündə 6 seyvi ilə komandasının finala yüksəlməsində əsas pay sahiblərindən biri oldu.

Mane isə “Liverpul”un İtaliya “Roma”sı ilə cavab oyununda (2:4) 1 qol vurub. Onun komandası səfərdə uduzsa da, ilk oyundakı 5:2 hesablı qələbə sayəsində finala çıxıb.

Həftənin ən yaxşı oyunçusunun adı UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğu nəticəsində müəyyənləşəcək.