Çempionlar Liqası

VAR ilə finalın adı “Bavariya” - “Roma” ola bilərdi - Monçi

İtaliyanın “Roma” klubunun idman direktoru Ramon Monçi UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində İngiltərənin “Liverpul” klubuna qarşı keçirdikləri cavab matçını şərh edib.

Dsport.az xəbər verir ki, paytaxt klubunun ispaniyalı rəsmisi 4:2 hesabıyla qalib gəldikləri matçdan (ilk oyun 2:5) sonra bunları söyləyib:

“Artıq İtaliya futbolunun səsini yüksəltməsi lazımdı. Təkcə “Roma”ya yox, eyni şeylər “Yuventus”a da edildi. Səsimizi yüksəltməyimizin zamanı gəldi. Bu gecə olanlar çox qəribə idi”.

Monçinin fikrincə, ÇL-də videotəkrar sistemindən (VAR) istifadə olunsaydı, bu oyundakı hakim səhvləri qeydə alınmazdı: “ÇL-də VAR olmalı idi. UEFA-nın bunu niyə istəmədiyini anlamıram. VAR ilə ÇL-də finalın adı “Bavariya” - “Roma” ola bilərdi. Liverpulda keçirilən ilk oyunda da üçüncü qol ofsayddan vurulmuşdu. Burada iki yüzfaizli penaltimiz verilmədi. Mən bir ispanam, amma İtaliya futbolunun bu haqsızlıqlara reaksiya göstərməsi lazımdı. Çünki bu, normal hal deyil”.