Çempionlar Liqası

“Real”dan Münhendə əzmkar qələbə

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Dsport.az xəbər verir ki, bu gün “Real” “Bavariya”nın qonağı olub. Çempionlar Liqasının son iki qalibi olan “kral klubu” bu il də titula əsas iddiaçılardandı. “Bavariya” isə doğma meydandan sərfəli nəticə ilə ayrılmağı planlaşdırırdı. 

Bu qarşılaşmanı erkən final da adlandırmaq olardı. Yeri gəlmişkən, bu iki komanda ötən mövsüm ÇL-in1/4 finalında da üz-üzə gəlmişdi. Həmin mübarizədən madridlilər qalib ayrılmışdı.

Bu oyunda hesabı meydan sahibləri açıblar. Amma sonradan iki qol vuran Madrid təmsilçisi səfərdə əzmkar qələbə qazanmaqla finala vəsiqə yolunda böyük üstünlük yaxalayıb.

UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunları

24 aprel

“Liverpul” (İngiltərə) – “Roma” (İtaliya) 5:2
Qollar: Məhəmməd Salah, 36; 45. Sadio Mane, 56. Roberto Firmino, 62; 69 - Edin Dzeko, 81. Dieqo Perotti, 85-pen.

25 aprel

“Bavariya” (Almaniya) – “Real” (İspaniya) 1:2
Qollar: Coşua Kimmix, 28 - Marselo, 44. Marko Asensio, 57.