Çempionlar Liqası
ÇL-də yarımfinalın püşkü atıldı
Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılıb.
Dsport.az xəbər verir ki, yarımfinalın iştirakçıları - “Liverpul” (İngiltərə), “Real” (İspaniya), “Roma” (İtaliya) və “Bavariya” (Almaniya) finala gedən yolda rəqiblərini tanıyıblar. Bütün komandalar bir-birinə rəqib ola bilərdilər.
İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində “Bavariya” “Real”la, “Roma” isə “Liverpul”la düşüb.
Yarımfinal mərhələsinin ilk oyunları aprelin 24-25-də, cavab qarşılaşmaları isə mayın 1-2-də keçiriləcək. Çempionlar Liqasının cari mövsümünün final matçı mayın 26-da Ukraynanın paytaxtı Kiyevin “Olimpiyski” stadionunda baş tutacaq.
Çempionlar Liqası
Yarımfinal
“Bavariya” (Almaniya) - “Real” (İspaniya)
“Liverpul” (İngiltərə) - “Roma” (İtaliya)