Çempionlar Liqası

“Roma”nın prezidenti yenə “Qarabağ”la oyunları yada saldı

İtaliyanın “Roma” klubunun prezidenti Ceyms Pallotta UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində İspaniya nəhəngi “Barselona”nı mübarizədən kənarlaşdırmalarına münasibət bildirib.

Dsport.az xəbər verir ki, o, ilk oyunda 1:4 hesabıyla uduzduqları rəqibə doğma meydanda 3:0 hesabı ilə qalib gəldikdən sonra ÇL-in qrup mərhələsində “Qarabağ”a qarşı keçirdikləri görüşləri də xatırlayıb:

“Bu, ən yaxşı qələbədi. Qrup mərhələsində Perotti "Qarabağ"a qol vurarkan də yaxşı hisslər keçirirdik. Lakin bu gün sevincimizin həddi-hüdudu yoxdu. Bu, inanılmaz gecədi. Oyuna çox gözəl hakim olduq.  İlk oyunda bəxtimiz gətirməmişdi. Cavab qarşılaşmasında istədiyimizə nail olduq2.

Klub prezidenti bildirib ki, "Roma"nın heç vaxt bu qədər gözəl oyun nümayiş etdirdiyini görməyib: "İndi niyə də final haqda düşünməyək? Biz "Barselona"nı udduq. Bu komanda dünyanın ən güclülərindəndi. Qalib gələrək sübut etdik ki, istənilən komanda ilə mübarizə apara bilərik”.