Çempionlar Liqası

Montella: “Sevilya”nın 1/4 finalda “Roma” ilə qarşılaşmasını istərdim”

İspaniyanın “Sevilya” klubunun baş məşqçisi Vinçentso Montella UEFA Çempionlar Liqasının 1/4 finalında “Roma” ilə rəqib olmalarını arzulayır.

Dsport.az xəbər verir ki, italiyalı mütəxəssis bunu ölkəsindən olan jurnalistlərə açıqlamasında bildirib:

“Biz “Mançester Yunayted”ə qalib gəlməklə möhtəşəm nəticəyə imza atdıq. Bu, unudulmaz bir gecə idi. Növbəti mərhələdə isə “Roma” və dostum Eusebio di Françesko ilə qarşılaşmağımızı istərdim”.

Qeyd edək ki, “Roma” Montella üçün doğma klubdu. O, paytaxt təmsilçisinə həm futbolçu, həm də məşqçi kimi xidmət edib.