Çempionlar Liqası

“Barselona” darmadağın ilə ÇL-in 1/4 finalında

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Dsport.az xəbər verir ki, son gündə İngiltərə çempionu “Çelsi” səfərdə İspaniya nəhəngi “Barselona” ilə üz-üzə gəlib. Kataloniya təmsilçisi darmadağınla növbəti mərhələyə yüksəlib.

Digər görüşdə isə Türkiyə çempionu “Beşiktaş” səfərdə böyük hesabla uduzduğu Almaniya nəhəngi “Bavariya” ilə qarşılaşıb. Almanlar səfərdə də qalib gəlməklə, heç bir sürprizə imkan verməyiblər.

Xatırladaq ki, “Real” (İspaniya), “Yuventus” (İtaliya), “Liverpul” (İngiltərə), “Mançester Siti” (İngiltərə), “Roma” (İtaliya) və “Sevilya” (İspaniya) klubları daha öncə 1/4 finala vəsiqəni təmin etmişdilər.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları

14 mart

“Beşiktaş” - “Bavariya” 1:3 (İlk oyun 0:5)
Qol: V.Lav, 59 - Alkantara, 18. G.Gönül, 46-avtoqol. Vaqner, 84.

“Barselona” - “Çelsi” (İngiltərə) 3:0 (İlk oyun 1:1)
Qol: Messi, 3; 63. Dembele, 20.