Çempionlar Liqası

“Roma” 1/4 finalda, MY ÇL-dən qovuldu

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində növbəti cavab oyunları keçirilib.

Dsport.az xəbər verir ki, İngiltərədə yerli “Mançester Yunayted” ilk oyunda qolsuz heç-heçəyə razılaşdığı İspaniyanın “Sevilya” klubunu mübarizədən kənarlaşdırmağa çalışıb. Lakin Joze Mourinyonun yetirmələri bu istəyinə çata bilməyib. Səfərdə iki qol vurmağa nail olan ispanlar gözlənilmədən MY-ni ÇL-dən kənarlaşdırmağa nail olublar.

İtaliyada isə paytaxt Romanın eyniadlı təmsilçisi Ukraynanın “Şaxtyor” klubunu qəbul edib. “Roma”nın ilk oyunda 1:2 hesabıyla uduzduğu Donetsk təmsilçisini mübarizədən kənarlaşdırıb-kənarlaşdırmayacağı maraqla gözlənilirdi. ÇL-in qrup mərhələsində "Qarabağ"la birgə mübarizə aparmış "canavarlar" doğma meydanda minimal hesabla qalib gəlməklə 1/4 finala yüksəliblər.

Xatırladaq ki, daha öncə dörd klub ÇL-in 1/4 finalına vəsiqəni təmin etmişdi. Bunlar “Real” (İspaniya), “Yuventus” (İtaliya), “Liverpul” (İngiltərə) və “Mançester Siti”di (İngiltərə).

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları

13 mart

“Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna) 1:0 (İlk oyun 1:2)
Qol: Edin Dzeko, 52.

“Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) 1:2 (İlk oyun 0:0)
Qol: Romelu Lukaku, 84 - Ben Yedder, 74; 78.