Çempionlar Liqası

UEFA PSJ-yə qarşı iş açdı

UEFA Çempionlar Liqasının 1/8 finalının cavab qarşılaşmasında “Real”la keçirilən oyuna görə PSJ-yə iş açıb.

Dsport.az xəbər verir ki, PSJ bir neçə qayda pozuntusunda günahkar bilinir. Parisli azarkeşlər pirotexniki məhsullardan və lazer göstəricilərindən istifadə ediblər.

Oyunun təşkilində də çatışmazlıqlar olub. İntizam Komitəsi işə martın 22-də baxacaq.

Martın 6-da Parisdə keçirilən qarşılaşmada “Real” 2:1 hesabı ilə qalib gələrək, 1/4 finala adlayıb. Madriddə keçirilən ilk oyunda da “kral klubu” 3:1 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, UEFA “Mançester Siti” ilə oyunda “Bazel” azarkeşlərinin də pirotexniki məhsullardan istifadə etdiyi üçün bu kluba qarşı iş açıb.