Çempionlar Liqası

ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Dsport.az xəbər verir ki, həftənin ən yaxşı futbolçusu adını qazanmağa dörd namizəd var. Bunlar Qonzalo İquayn ("Yuventus"), Leroy Sane ("Mançester Siti"), Kriştiano Ronaldo ("Real") və Xames Milnerdi ("Liverpul").

Ən yaxşı futbolçunun adına UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə nəticəsində aydınlıq gələcək.