Çempionlar Liqası

MS və "Yuventus" da ÇL-in 1/4 finalında

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinda daha iki cavab oyunu baş tutub.

Dsport.az xəbər verir ki, bu gün növbəti 1/4 finalçıların adına aydınlıq gəlib. Hər iki oyun İngiltərədə baş tutub.

“Tottenhem” doğma meydanda İtaliya çempionu “Yuventus”la qarşılaşıb. Turində keçirilən oyunda bu komandalar hərəyə 2 dəfə fərqlənsələr də, qalibi müəyyənləşdirə bilməmişdilər. Cavab görüşündə hesabı meydan sahibləri açıblar. Amma qalan dəqiqələrdə 2 qol vuran turinlilər əzmkar qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıblar.  

“Mançester Siti” isə İsveçrənin “Bazel” klubu ilə formal xarakter daşıyan cavab görüşünə çıxıb. İngiltərə klubu doğma meydanda bu rəqiblə bacarmayıb. Amma gözlənilməz məğlubiyyətə baxmayaraq, MS 1/4 finala vəsiqəni təmin edib.

Xatırladaq ki, daha öncə İngiltərənin “Liverpul” və İspaniyanın “Real” klubu da ÇL-in 1/4 finalına vəsiqə qazanmışdı.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
7 mart

“Tottenhem” - “Yuventus” 1:2 (ilk oyun 2:2)
Qol: Hunq-Min Son, 39 - Qonsalo İquayn, 64. Paulo Dibala, 67.

“Mançester Siti” - “Bazel” 1:2 (ilk oyun 4:0)
Qol: Qabriel Xesus, 8 - Mohamed Elyunussi, 17. Mixael Lanq, 71.