Çempionlar Liqası

ÇL-də ən gözəl qola 5 namizəd

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra ən gözəl qola namizədlər müəyyənləşib.

Dsport.az xəbər verir ki, namizədlər sırasında Sadio Manenin (“Liverpul”) “Porto” ilə, İlkay Gündoğanın (“Mançester Siti”) “Bazel”lə, Villianın (“Çelsi”) “Barselona” ilə, Fredin (“Şaxtyor”) “Roma” ilə, həmçinin Qonzalo İquaynın (“Yuventus”) “Tottenhem”lə qarşılaşmada vurduğu qollar yer alıb.
 
Qeyd edək ki, qalibin adına UEFA-nın rəsmi saytında aparılan sorğuda aydınlıq gələcək.