Çempionlar Liqası

“Real”dan inamlı qələbə, “Liverpul”dan darmadağın

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi həyəcanı davam edir.

Dsport.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma keçirilib.

Əsas diqqətlər Madridə yönəlib. Burada ÇL-in son qalibi olan İspaniyanın “Real” klubu cari mövsümün favoritlərindən olan Fransa təmsilçisi PSJ-ni qəbul edib. Dörd qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb.

Günün digər qarşılaşmasında isə Portuqaliyanın “Portu” klubu İngiltərə təmsilçisi “Liverpul”la üz-üzə gəlib. İngilislər səfərdə 5 cavabsız qolla qalib gələrək cütün taleyini elə ilk oyundaca həll ediblər. 

UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin ilk oyunları
14 fevral

"Portu” – “Liverpul” 0:5
Qol: Mane, 25; 53; 85. Salah, 29. Firmino, 70.

“Real” – PSJ 3:1
Qol: Ronaldo, 45-pen; 83. Marselo, 86 - Rabyo, 33.