Çempionlar Liqası

ÇL tarixinin ən erkən dublu

İtaliyanın “Yuventus” klubunun hücumçusu Qonsalo İquayn UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Dsport.az xəbər verir ki, argentinalı forvard sözügedən turnirdə ən erkən dublun müəllifinə çevrilib. O, ötən gecə ÇL-in 1/8 final mərhələsi çərçivəsində İngiltərənin “Tottenhem” klubu ilə ev oyununda (2:2) cəmi 8 dəqiqə 7 saniyə ərzində iki qol vurub. Bu, qitənin ən nüfuzlu klub turnirində rekord göstəricidi.

Xatırladaq ki, buna qədər ÇL-in ən erkən dublu Milan “İnter”inin hücumçusu Xulio Krusa məxsus idi. O, 2006/07 mövsümündə Moskva “Spartak”ı ilə oyunda 8 dəqiqə 30 saniyə ərzində iki qol vurmuşdu.