Çempionlar Liqası

ÇL-də 1/8 finalın püşkü atıldı: “Real” PSJ-yə rəqib oldu

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Dsport.az xəbər verir ki, püşkatmada öz qruplarında ilk iki yeri tutmuş 16 komanda iştirak edib. Bir qrupda yer almış və eyni ölkəni təmsil edən klublar bu mərhələdə üz-üzə gələ bilməzdilər.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsi belə olub:

UEFA Çempionlar Liqası
1/8 final

“Yuventus” (İtaliya) – “Tottenhem” (İngiltərə)
“Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə)
“Portu” (Portuqaliya) – “Liverpul” (İngiltərə) 
“Sevilya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
“Real” (İspaniya) - PSJ (Fransa)
“Şaxtyor” (Ukrayna) – “Roma” (İtaliya)
“Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya) 
“Bavariya” (Almaniya) – “Beşiktaş” (Türkiyə)

1/8 final mərhələsinin ilk oyunları gələn il fevralın 13-14-də və 20-21-də, cavab qarşılaşmaları isə martın 6-7-də və 13-14-də keçiriləcək.