Çempionlar Liqası

ÇL-də qrup mərhələsinin son turunun ən yaxşısı açıqlandı

UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu turunun ən yaxşı futbolçusunun adı açıqlanıb.

Dsport.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğunun nəticələrinə əsasən, İspaniyanın “Real” klubunun hücumçusu Kriştiano Ronaldo son turun ən yaxşı oyunçusu seçilib.

Portuqaliyalı futbolçu Filippe Koutinyo ("Liverpul"), Kotentino Tolisso (PSJ), Bernard (“Şaxtyor”), Eden Azar (“Çelsi”), Pako Alkaser (“Barselona”), Son Xın Min (“Tottenhem”) və Xuan Kuadradonu (“Yuventus”) qabaqlayıb. O, səslərin 41 faizini toplayıb.

Ronaldo Dortmund "Borussiya"sına 3:2 hesabı ilə qalib gəldikləri oyunda komandasının 2-ci qolunu vurub.

Sorğuda ikinci yeri 38 faiz səs toplamış Koutinyo tutub. Üçüncü pillədə isə 8 faizlə Tolisso qərarlaşıb.

Xatırladaq ki, Ronaldo qrup mərhələsinin 5-ci turunda da ən yaxşı oyunçu seçilmişdi.