Çempionlar Liqası

“Qarabağ” ÇL-də altıncı oldu

Çempionlar Liqasının başa çatan qrup mərhələsinin tamaşaçı sayı ilə bağlı göstəriciləri açıqlanıb. 

Dsport.az xəbər verir ki, qitənin ən güclü 32 komandasının iştirakı ilə 6 turda keçirilən 96 matçı ümumilikdə 4 milyon 158 min 867 seyrçi izləyib.


Orta hesabla hər matçda 43 min 321 nəfər qeydə alınıb. Qitənin ən nüfuzlu klub turnirində çıxış edən 32 komandanın ev oyunlarındakı tamaşaçı sayının sıralaması da maraq doğurur.


Təbii ki, ilk növbədə diqqətimizi Azərbaycan çempionu “Qarabağ”ın göstəriciləri çəkir. Bakı Olimpiya Stadionunda “Roma”, “Atletiko” və “Çelsi”ni qəbul edən Qurban Qurbanovun yetirmələri bu qarşılaşmalarda tribunalara 182 min 223 tamaşaçı toplamağa müvəffəq olub. Bu da orta hesabla hər matçda 60 min 741 seyrçi deməkdi.


“Qarabağ” bu göstərici ilə Çempionlar Liqasında 6-cı yerdədi. Düzdü, bir tur öncə, VI tur ərəfəsində Azərbaycan çempionu 7-ci pillədə idi. Sonuncu tur təmsilçimizin irəliləməsinə səbəb olub.


Ağdam klubu səfərdə oynasa da, daha yüksək pillədə qərarlaşan komandalardan birinin geriləməsi “Qarabağ”ı önə çıxarıb. Çempionumuzun keçdiyi bu komanda isə “Barselona”dı.


Dünya futbolunun nəhənglərindən olan Kataloniya klubu son turun “Sportinq”lə görüşündə az tamaşaçı topladığından orta göstəricisi aşağı düşüb. Nəticədə “Barselona” “Qarabağ”a azarkeşlərinə görə həsəd aparır.


Əslində, tamaşaçı sayı nisbi anlayışdı və stadionların tutumu, göstəricinin hansı yolla əldə olunması da bu göstəriciyə təsir edir. Bəzən bu rəqəm tam obyektiv olmasa da, siyahı reallığa çox yaxındı.


Cədvəlin ilk pilləsində də dəyişiklik olub. Son turadək zirvədə qərarlaşan “Tottenhem” mövqeyini əldən verib. 5-ci sıraya düşüb, “Qarabağ”a qonşu olan İngiltərə klubu daim azarkeşləri ilə öyünən 4 nəhəngi önə buraxıb.


Qrup mərhələsinin 1-cisi “Mançester Yunayted” olubsa, “Real” 2-ci, “Bavariya” 3-cü pillədə qərarlaşıb. “Borussiya” isə “dördlüy”ü tamamlayır.


Qeyd edək ki, cədvəlin sonuncu pilləsində “Monako” yer alıb. (Apasport)


yer komanda tamaşaçı oyun orta hesabla
1 Mançester Yunayted 222 960 3 74 320
2 Real 220 972 3 73 657
3 Bavariya 210 000 3 70 000
4 Borussiya D 196 207 3 65 402
5 Tottenhem 193 084 3 64 601
6 Qarabağ 182 223 3 60 741
7 Barselona 182 018 3 60 673
8 Seltik 173 762 3 57 921
9 Atletiko 172 789 3 57 596
10 Liverpul 149 068 3 49 689
11 Sportinq 139 545 3 46 515
12 PSJ 138 943 3 46 314
13 Mançester Siti 137 378 3 45 793
14 Spartak 130 603 3 43 534
15 Porto 126 554 3 42 185
16 Roma 125 358 3 41 786
17 Leypsiq 124 122 3 41 374
18 Feyenoord 123 500 3 41 167
19 Çelsi 123 130 3 41 043
20 Benfika 118 477 3 39 492
21 Beşiktaş 112 906 3 37 635
22 Sevilya 112 202 3 37 401
23 Yuventus 110 624 3 36 875
24 Bazel 103 414 3 34 471
25 Olimpiakos 91 335 3 30 445
26 Şaxtyor 90 403 3 30 134
27 MOİK 84 778 3 28 259
28 Napoli 77 633 3 25 878
29 Anderlext 58 759 3 19 586
30 APOEL 51 633 3 17 211
31 Maribor 37 048 3 12 349
32 Monako 28 135 3 9 378
Cəmi
4 158 867 96 43 321