Çempionlar Liqası

Mətbuat konfransına “Zorro”nun kostyumunda gəldi - VİDEO

Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Paulu Fonseka Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Mançester Siti” ilə keçirilən oyundan (2:1) sonra mətbuat konfransına xəyali qəhrəman "Zorro"nun kostyumunda gəlib.

Dsport.az xəbər verir ki, Fonseka komandasından razı qaldığını deyib. O, rəqibi yaxşı analiz etdiklərini və müxtəlif taktiki sxemlərə hazır olduqlarını vurğulayıb: “Bu, karyeram ərzində ən şən mətbuat konfransıdı. Hər kəs sevinir, gülümsəyir. Alen Delonun, yoxsa Antonio Banderasın "Zorro"sunu bəyənirəm? Cavab vermək çətindi. Bu gün Fonsekanın "Zorro"sunu daha çox bəyəndim. Bu kostyumu kolidorda geyindim, heç futbolçularım da görməyiblər. İnanıram ki, bu zarafat uzun müddət xatırlanacaq”.

Fonseka oyundan əvvəl vəd etmişdi ki, “Şaxtyor” pley-offa vəsiqə qazansa, "Zorro"nun kostyumunu geyinəcək.