Çempionlar Liqası

ÇL-də qrup mərhələsinə yekun vuruldu

UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə E, F, G və H qruplarında son turun oyunları baş tutub.

Günün ən çox maraq doğuran oyunlarından biri “Liverpul”la “Spartak” arasında keçirilib. Məhz bu matçda bu komandaların ÇL-dəki taleyinə aydınlıq gəlib. “Qırmızılar”a növbəti mərhələyə adlamaq üçün heç-heçə də sərf edirdi. Moskva klubu isə bunun üçün Liverpuldan 3 xalla qayıtmalıydı. “Sevilya” isə 1/8 final hədəfinə çatmaq üçün səfərdə qrupun autsayderi olan “Maribor”u məğlub etməyi hədəfləmişdi. 90 dəqiqənin tamamında İngiltərə klubu ruslar üzərində 7 cavabsız qolla qələbə qazanıblar. "Maribor" isə "Sevilya" ilə ev oyununda qələbəni əldən verib. Beləcə, "Liverpul"la "Sevilya" ÇL-də mübarizəni davam etdirəcək. "Spartak" isə Avroliqaya vəsiqə qazanıb.

F qrupunda “Mançester Siti” növbəti mərhələyə vəsiqəni təmin etmişdi. Bu qrupun son oyunlarında “Şaxtyor”la “Napoli”nin taleyinə aydınlıq gələcəkdi. Neapol təmsilçisi qrupun autsayderi olan “Feyenoord”la səfər matçından 3 xalla ayrılmaqla yanaşı, iddiası qalmayan “şəhərlilər”in səfərdə “Şaxtyor”u məğlub etməsinə ümid edirdi. Amma hər şey fərqli olub. "Napoli" həm özü səfərdə uduzub, həm də "Mançester Siti". Beləcə, İngiltərə klubu ilə yanaşı, növbəti mərhələyə Donetsk təmsilçisi vəsiqə qazanıb.

Bu gün keçirilən “Real” - “Borussiya” matçı əvvəllər günün ən çox maraq doğuran qarşılaşması sayıla bilərdi. Ancaq “kral klubu”nun artıq növbəti mərhələyə vəsiqəni təmin etməsi, Dortmund klubunun isə 1/8 finala vəsqə şansının qalmaması bu oyuna olan marağı azaldırdı. Buna baxmayaraq, bu oyunda qapılara 5 qol vurulub. Qrupun digər matçında da "Tottenhem" APOEL-i darmadağın edib.

G qrupunun lideri "Beşiktaş" səfərdə Almaniya "Leytpsiq"i ilə qarşılaşıb və çətin qələbəyə sevinib. 7 qolun qeydə alındığı "Portu" - "Monako" görüşündə də birincilər qalib gəliblər.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi
6 dekabr

E qrupu

Liverpul (İngiltərə) - Spartak (Rusiya) 7:0
Qol: Koutinyo, 4-pen; 15; 50. Firmino, 19. Mane, 47; 76. Salah, 86.

Maribor (Sloveniya) - Sevilya (İspaniya) 1:1
Qol: Tavares, 10 - Qanso, 75.

Liverpul – 12, Sevilya – 9, Spartak – 6, Maribor – 3.

F qrupu

Şaxtyor (Ukrayna) - Mançester Siti (İngiltərə) 2:1
Qol: Bernard, 26. İsmaili, 32 - Aquero, 90-pen.

Feyenoord (Hollandiya) - Napoli (İtaliya) 2:1
Qol: Yorgensen, 33. Yuste, 90 - Zelinski, 2.

MS – 15, Şaxtyor – 12, Napoli – 6, Feyenoord - 3.

G qrupu

Leyptsiq (Almaniya) - Beşiktaş (Türkiyə) 1:2
Qol: Keyta, 87 - Neqredo, 10-pen. Talişka, 90.

Portu (Portuqaliya) - Monako (Fransa) 5:2
Qol: Abubakar, 9; 33. Brahimi, 45. Telles, 65. Tikinyo, 88 - QLik, 61. Falkao, 78.
Qırmızı vərəqə: Felipe, 38 (Portu) - Gezzal, 38 (Monako).

Beşiktaş – 14, Portu – 10, Leyptsiq – 7, Monako – 2.

H qrupu

Tottenhem (İngiltərə) - APOEL (Kipr) 3:0
Qol: Lyorente, 20. Son, 37.  Nkudu, 80.

Real (İspaniya) - Borussiya D (Almaniya) 3:2
Qol: Mayoral, 8. Ronaldo, 12-pen. Vaskes, 81 - Obameyanq, 43; 49.

Tottenhem – 16, Real – 13, Borussiya – 2, APOEL – 2.