Çempionlar Liqası

“Roma” - “Qarabağ” matçını ən yaxşısı seçildi

YEFA Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş “Roma” - “Qarabağ” matçının (1:0) ən yaxşısı bəlli olub.

Dsport.az xəbər verir ki, görüşün ən yaxşı futbolçusu “canavarlar”ın yarımmüdafiəçisi Dieqo Perotti seçilib. Bu barədə məlumatı UEFA-nın saytı yayıb. Argentinalı yarımmüdafiəçi qarşılaşmada vurulmuş yeganə qolun müəllifi olub.

Xatırladaq ki, “Qarabağ”la oyundakı qələbə ilə xallarının sayını 11-ə çatdıran “Roma” qrup mərhələsini birinci pillədə başa vurub.