Çempionlar Liqası

“Atletiko” “Qarabağ” üçün şans yeri qoymadı

UEFA Çempionlar Liqasının qrup mərhələsində beşinci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə A, B, C və D qrupunun iştirakçıları meydana çıxıblar. 

A qrupunda “Mançester Yunayted” “Bazel”in qonağı olub və məğlubiyyətlə üzləşib. Moskva ÇSKA-sı isə öz meydanında “Benfika” ilə üz-üzə gəlib. Qarşılaşma Rusiya təmsilçisinin qələbəsiylə başa çatıb.

B qrupunun lideri PSJ “Seltik”lə qarşılaşıb. Şotlandlar elə ilk dəqiqədəcə hesabı açıblar ki, Paris təmsilçisi rəqibi buna peşman edib. "Bavariya" isə "Anderlext"i sınağa çəkib. Münhen klubu səfərdə çətin qələbəyə sevinib. 

“Qarabağ”ın yer aldığı C qrupunda “Atletiko” - “Roma” matçı turnir cədvəli baxımından mühüm əhəmiyyət kəsb edirdi. “Çelsi” Bakıdakı qələbədən sonra pley-offa vəsiqəni təmin etdiyindən, “Atletiko” mərhələ adlamaq şanslarını saxlamaq üçün mütləq qalib gəlməli idi. Belə də olub. “Roma”nın İspaniya paytaxtındakı məğlubiyyəti “Qarabağ”ın nəinki mərhələ adlamaq, hətta Avropa Liqasına vəsiqə verən üçüncü pilləni tutmasını da mümkünsüz edib. Təmsilçimizin son turda qarşılaşacağı “Roma” ilə oyunun nəticəsindən asılı olmayaraq, qrup sonuncusu olacağı indidən dəqiqdi.

İspaniya və İtaliyanın digər təmsilçiləri - “Barselona” və “Yuventus” isə Turində qarşılaşıblar. Bu görüşdə hesab açılmayıb. Qrupun digər oyununda da “Sportinq” “Olimpiakos”a qalib gəlib.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi

22 noyabr

A qrupu

ÇSKA (Rusiya) - “Benfika” (Portuqaliya) 2:0
Qol: Şennikov, 13. Jardel, 56-öz qapısına.

“Bazel” (İsveçrə) - “Mançester Yunayted” (İngiltərə) 1:0
Qol: Lanq, 89.
  
MY – 12, Bazel – 9, ÇSKA – 9, Benfika – 0

B qrupu

PSJ (Fransa) - "Seltik" (Şotlandiya) 7:1
Qol: Neymar, 9; 22. Kavani, 28; 79. Mbappe, 35. Verratti, 75. Alves, 80 - Dembele, 1.

"Anderlext" (Belçika) - "Bavariya" (Almaniya) 1:2
Qol: Hanni, 63 - Levandovski, 51. Tolisso, 77.

PSJ – 15, Bavariya – 12, Seltik – 3, Anderlext - 0

C qrupu

"Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə) 0:4
Qol: Azar, 21-pen. Villian, 36; 85. Fabreqas, 73-pen.

“Atletiko” (İspaniya) - “Roma” (İtaliya) 2:0
Qol: Qrizmann, 69. Qameyro, 85.

Çelsi – 10, Roma – 8, Atletiko – 6, Qarabağ – 2

D qrupu

"Sportinq" (Portuqaliya) - "Olimpiakos" (Yunanıstan) 3:1
Qol: Dost, 40; 66. Sezar, 43 - Ofoe, 86.

"Yuventus" (İtaliya) - "Barselona" (İspaniya) 0:0

Barselona – 11, Yuventus – 8, Sportinq – 7, Olimpiakos - 1