Çempionlar Liqası

Çempionlar Liqasında 4-cü turun ən yaxşı oyunçusu

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusunun adı açıqlanıb.

Dsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermə nəticəsində İtaliyanın “Roma” klubunun hücumçusu Stefan Əl Şaaravi bu turun ən yaxşı oyunçu seçilib. O, səslərin 60 faizini toplayıb.

Qeyd edək ki, İtaliya millisinin də şərəfini qoruyan futbolçu Çempionlar Liqasında "Qarabağ"ın da yer aldığı C qrupunun "Çesli" ilə oyununda (3:0) dubl edib.

Səsvermədə Məhəmməd Salah (“Liverpul") 2-ci (34 faiz), Alan Dzaqoyev isə (ÇSKA, Moskva) 3-cü (2 faiz) olub.