Çempionlar Liqası

Samuel Armenteros: "Qarabağ" "Roma"ya qarşı yaxşı oynadı"

“Qarabağ”ın formasını geyinmiş Samuel Armentoros dsport.az saytına qısa açıqlama verib. 

Hazırda İtaliyada “Benevento” klubunda çıxış edən isveçli forvard qısa da olsa, “Qarabağ” barədə danışıb. Armentoros Ağdam təmsilçisinin Çempionlar Liqasındakı çıxışı barədə bunları deyib: 

“Məşqlərimin çox olmasına baxmayaraq, mətbuatı da izləyirəm. Bəli, “Qarabağ”ı izlədim Çempionlar Liqasında. Fikrimcə, “Roma”ya qarşı yaxşı oynadılar. Sadəcə, təcrübəsizlik mane oldu. “Qarabağ”ın qrupda xallar qazanacağını düşünürəm”.